Parisdə yaşayış binasında partlayış: yaralılar var
Fransanın paytaxtı Parisdə yaşayış binasında partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Actu” nəşri məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 5 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən göndərilib. Artıq sakinlər binadan təxliyə edilib.