İranın paytaxtı Tehranda 5 bina uçub, xəsarət alanlar var.

BUTA.TV xəbər verir ki, binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub.

Nəticədə ən azı dörd polis əməkdaşı və iki bələdiyyə işçisi dağıntılar altında qalıb.

İndiyədək dağıntılar altından 4 nəfər xilas edilib.