Rusiyanın Kursk vilayətinə PUA hücumu edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“PUA Sucan rayonunun Qornal kəndindəki Nikolsk-Beloqorsk monastırının yaxınlığına düşüb. Zərbə nəticəsində monastıra heç bir ziyan dəyməsə də, bir nəfər yerli sakin yaralanıb”, - məlumatda qeyd olunub.