Tanınmış sovet aktrisası vəfat etdi
SSRİ xalq artisti, kino və teatr aktrisası Yuliya Borisova 99 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə Rusiyanın Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kirill Krok məlumat verib.
Qeyd edək ki, aktrisanın teatr səhnəsində 60-dan çox rolu var. “Üç görüş”(1948), “İdiot”(1958) kimi filmlərdə isə əsas obrazları canlandırıb.