Ukraynaya təhlükəsizlik zəmanəti verə bilmərik - AB
Avropa Birliyi Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz. Çünki bu, onun səlahiyyətində deyil.
BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib.
“Biz təhlükəsizlik təşkilatı deyilik, ona görə də bu zəmanətlərlə bağlı müzakirələr aparmırıq. Bu məsələlər NATO və ayrı-ayrı ölkələr arasındakı müzakirələrdir”.