ABŞ Ukraynaya yeni silahların verildiyini elan edəcək
ABŞ bu həftə Ukraynaya yeni silahların təhvil verildiyini elan edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller danışıb.
"Biz Ukraynanı artilleriya və bir digər silahlarla təchiz etməyə davam edirik. Bu həftənin sonunda Ukraynaya göstərməyi planlaşdırdığımız əlavə yardımla bağlı başqa açıqlamalar da veriləcək”, - Miller qeyd edib.