Bu ilin may ayında Rusiyadan ABŞ-a məhsul ixracı 503 milyon dollara yüksəlib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Hyustondakı baş konsulu Aleksandr Zaxarov TASS-a açıqlamasında bildirib.

Məlumata görə, artım əsasən qeyri-üzvi kimya məhsullarının hesabına baş verib.

Qeyd edək ki, aprel ayında bu göstərici 215 milyon dollar təşkil etmişdi.