İranın Xuzistan əyalətində güclü partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə əyalətin ictimaiyyətlə əlaqələr xidmətinin meneceri Arif Əsl Şarxani məlumat verib.

Onun sözlərinə görə, partlayış nəticəsində ikisi uşaq olmaqla 6 nəfər həlak olub.

Şarxani partlayışın səbəbi haqqında məlumat verməyib.