Daha bir erməni əsgəri öldü
Ermənistanda hərbi hissələrdən birində Qranik Vardanoviç Xnkoyan adlı hərbi qulluqçu aldığı yaradan ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, hadisə avqustun 11-də naməlum şəraitdə baş verib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, bu, gün ərzində erməni ordusunda baş verən ikinci belə hadisədir.