Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Baş katib vitse-prezidentə Təşkilatın son fəaliyyəti, o cümlədən qarşıdan gələn TDT X sammitinə hazırlıq barədə məlumat verib.

Vitse-prezident Cövdət Yılmaz Türkiyənin TDT çərçivəsində çoxtərəfli əməkdaşlığa güclü bağlılığını qeyd edib.