Ukrayna ordusu 5 istiqamətdə rusların hücumlarını dəf etdi
Ukrayna Müdafiə Qüvvələri beş istiqamətdə rus hərbçilərinin hücumlarını uğurla dəf edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilib.
Qeyd olunub ki, ötən gün ərzində 25 döyüş toqquşması olub.