Paytaxtın Yasamal rayonunda, “Beşmərtəbə” adlanan ərazidə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Azərsu ASC-dən BUTA.TV-a verilən məlumata görə, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Qurumdan qeyd olunub ki, hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.