Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Avqustun 12-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Havanın maksimal temperaturu: Avqustun 11-də Bakıda iqlim normasından 5,2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.