Danimarkanın paytaxtı Kopenhagendə Türkiyə səfirliyi qarşısında islamafob və irqçi “Danske Patrioter” qrupunun üzvü Qurani-Kərimi yandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında yenidən Qurani-Kərimi yandırıb.

İslam əleyhinə pankartlar açıb, şüarlar səsləndirən qrup üzvləri bu anları sosial şəbəkədə paylaşıblar.