Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əs-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əs-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib - Fələstin Dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi”, - bəyanatda qeyd edilib.

Bununla Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat olub. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında reallaşıb.