Bakıda qadın keçmiş ərini döydü
Bakının Sabunçu rayonunda keçmiş arvadı tərəfindən döyülən kişi xəstəxanaya yerləşdirilib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Yeni Ramana qəsəbəsində boşanmış həyat yoldaşı ilə eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Mahmudov Beyrub Xurşud oğlu keçmiş həyat yoldaşı Mahmudova Ceyhunə İmdad qızı tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.