Şəmkir rayon sakini avtomobilin içərisində yanaraq ölüb.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobilin yanması nəticəsində avtomobilin sürücüsü, Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Zamiq Böyükkişiyev yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.