Nigerdə polis devrilmiş prezident Məhəmməd Bazuma dəstək nümayişini dağıdıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Air Info" məlumat yayıb.

"Bu səhər devrilmiş prezidentə dəstək nümayişi milli polis tərəfindən dağıdılıb", - məlumatda deyilir.

Qeyd olunur ki, nümayişin təşkilatçılarından biri saxlanılıb.