“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “Qarabağ” komandası “Azersun Arena”da “Turan Tovuz”u qəbul edib.
BUTA.TV xəbər verir ki, “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, bu günə nəzərdə tutulmuş digər qarşılaşma - “Sumqayıt”-“Sabah” oyunu təxirə salınıb.