Yunanıstan və Suriyadan Türkiyəyə, Türkiyədən isə Yunanıstana qanunsuz keçməyə çalışan 7 nəfər sərhəd xidməti tərəfindən yaxalanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırmalar nəticəsində həbs edilən şəxslərdən beşinin FETÖ, birinin isə PKK/KCK/PYD-YPG terror təşkilatlarının üzvü olduğu müəyyən edilib.

"Sərhədlərimizdə qanunsuz keçidlərə qarşı mübarizəmiz davam edir", - deyə məlumatda deyilir.