Almaniya Ukraynaya ildə 5 milyard göndərəcək
Ukrayna və Almaniya maliyyə nazirləri Sergey Marçenko və Kristian Lindner gələcəkdə Ukrayna büdcəsinə yardım imkanlarının genişləndirməsi ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə nazir Kristian Lindner məlumat verib.
Məlumata görə, Almaniya hökuməti Ukraynaya illik 5 milyard avro məbləğində hərbi dəstək verəcək. Yardımın 2027-ci ilə qədər təmin edilməsi planlaşdırılır.