Rusiyada neft yatağında partlayış: ölənlər var
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində Talinskoye neft yatağında partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Yuqra hökuməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Hazırda yataqda 100 kvadratmetr sahənin yandığı bildirilir.