Belqorod səmasında Ukrayna PUA-ları məhv edildi
Rusiyanın Belqorod vilayəti üzərində havadan müdafiə qüvvələri Ukraynaya məxsus iki PUA-nı məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Avqustun 14-də saat 12:15 və 12:45 radələrində Kiyev rejimi tərəfindən Rusiya ərazisindəki obyektlərə aviasiya tipli pilotsuz uçuş aparatları ilə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb”, - nazirliyin məlumatında deyilir.
Xəsarət və dağıntının olmadığı bildirilib.