Krasnodarda təyyarə qəzaya uğradı: ölən var
Rusiyanın Krasnodar diyarında L-39 təyyarəsi planlı təlim uçuşu zamanı eniş edərkən qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayımlayıb.
İlkin məlumata görə, ekipaj üzvlərindən biri ölüb.
Qəzanın səbəbi müəyyənləşdirilir.