Maykop şəhərinin təlim aviasiya bazasının komandiri polkovnik Vadim Qurov ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, o, L-39 təlim təyyarəsinin qəzaya düşməsi nəticəsində ölüb.

Məlumata görə, təyyarə radio qülləsi ilə toqquşub

Qeyd olunub ki, qəza nəticəsində daha bir ekipaj üzvü yaralanıb.