Göygöldə evdə uçqun: dağıntılar altında qalan var
Göygöl rayonunda fərdi evdə uçqun olub.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə fərdi evdə təmir işləri görülən zaman baş verib və bir nəfər dağıntılar altında qalıb.
Hazırda dağıntı altında qalan şəxsin xilasetmə işləri aparılır.