Tripolidə döyüşlərdə ölənlərin sayı açıqlandı
Liviyanın paytaxtı Tripolidə iki gündür davam edən qarşıdurmalarda 27 nəfər həlak olub, 106 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Liviyanın İlk Yardım və Dəstək Mərkəzindən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, Tripolidə "Ər-Rada" qruplaşmasının üzvləri ilə hökumət qoşunları arasında şiddətli döyüşlər başlayıb.