"Peqasus" Hava Yollarına məxsus İzmirdən Bakıya uçan təyyarədə sərnişinlərə aid yüklər pis vəziyyətə salınıb.

Bu barədə BUTA.TV-a verilən məlumatda qeyd olunub.

Məlumata görə, sərnişinlərdən birinin çamadanı yararsız vəziyyətə salınıb, yük yerinə verdiyi başqa bir çamadanı isə itib.

Sərnişin “Peqasus”la əlaqə saxlamaq istədiyini, lakin şirkətdən əsasləı cavab ala bilmədiyini deyib.