Bu tarixə qədər F-16-ı ala bilməyəcəyik - İqnat
F-16 qırıcıları 2024-cü ilin yazından tez Ukraynanı müdafiə edə bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.
“Artıq aydındır ki, biz bu payız-qış aylarında Ukraynanı F-16 təyyarələri ilə qoruya bilməyəcəyik”, - deyə o bildirib.