Türkiyə Ukraynanın taxıl gəmilərinə zəmanət verdi
Türkiyə Ukrayna limanlarından çıxan taxıl gəmilərin Bosfor və Dardanel boğazlarından maneəsiz keçməsinə zəmanət verməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Haber Qlobal” Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
“Bildiyimiz qədər hələlik Ukrayna limanlarından heç bir gəmi çıxmayıb. Əgər gələrsə, boğazlardan buraxılacaq”, - mənbə bildirib.