Sumqayıtda avtomobil aşdı: 3 nəfər yaralandı
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.
Belə ki, sürücü idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə 3 nəfər xəsarət alıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır