Bakıda polis avtomobilində yanğın baş verdi
Bakıda polisin xidməti avtomobilində alışma baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BUTA.TV-a bildirib ki, Yasamal rayonunda duracaqda olan post patrul avtomobilində alışma baş verib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə, alışma mühərrikxanada qısaqapanmadan baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Araşdırma aparılır.