Blinken səudiyyəli nazirlə Ukraynanı müzakirə etdi
ABŞ dövlət katibi Entoni Blinken və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər bir müddət əvvəl Ciddədə Ukrayna üzrə keçirilən məsləhətləşmələrin nəticələrini müzakirə ediblər.