Rusiyanın nəzarətində olan Donetsk şəhərinin mərkəzində güclü partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, lisey qarşısında baş verən partlayışda 3 nəfər ölüb, bir neçə insan isə xəsarət alıb.

Ehtimal edilir ki, PUA ilə əraziyə zərbə endirilib. Hazırda fövqəladə xidmət qurumlarının əməkdaşları hadisə yerindədir.