MİT-dən Suriyada əməliyyat: PKK-nın əsas üzvü məhv edildi
Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Suriyada PKK-ya qarşı əməliyyat keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əməliyyat çərçivəsində PKK-nın silahlı qadın və gənclər təşkilatının rəhbər şəxslərindən, “Vejin Jiyan” kod adlı Hicran İçuz məhv edilib.
Qeyd edək ki, H.İcuz Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir sıra hücumların təşkilatçılarından olub.