Sabah İmişli rayonunda 150 abonentin qaz təchizatı dayandırılacaq.

BUTA.TV-ın məlumatına görə, "Payız-qış" tədbirlər planında nəzərdə tutulmuş M.Müşfiq küçəsində siyirtmələrin quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək İmişli rayonu M.Müşfiq küçəsində (150 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.