Maşından 6 min oğurladı, saxlanıldı
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Keçmiş sevgilisini 8 bıçaq zərbəsi ilə öldürən Yaqub haqda - Qərar