“Qürur və qərəz” və “Aclıq oyunları” filmindəki rolları ilə tanınan kanadalı aktyor, Hollivud ulduzu Donald Sazerlend 89 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə aktyorun oğlu Kifer X-də məlumat verib.

"Atam Donald Sazerlendin vəfat etməsi xəbərini ürək ağrısı ilə sizlərə bildirirəm", - deyə o yazıb.

Aktyor uzun sürən xəstəlikdən sonra Mayamidə dünyasını dəyişib.

Kanadanın Baş naziri Castin Trüdo aktyorun ölümü ilə bağlı başsağlığı verib.