Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik.

“BUTA.TV” xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri həmin məktəbdə olublar.

Bildirilib ki, məktəbdə tədris prosesinin normal axarına qayıtması, baş vermiş hadisənin digər şagirdlərdə yarada biləcəyi narahatlıq və emosional gərginliyin aradan qaldırılması məqsədilə təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər də cəlb edilib.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib Həmçinin oxuyunYasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Şagirdlərlə dəstəkləyici psixoloji söhbətlər aparılıb, onlara zəruri psixoloji dəstək göstərilib.

Qeyd edilib ki, baş vermiş hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat müvafiq qaydada təqdim ediləcək. Bu kimi həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsi, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunması zəruridir. Şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə neqativ təsir göstərə bilən digər davranışlara yol verilməməlidir.

Dollar alıb-satanlara vacib xəbər... Dollar alıb-satanlara vacib xəbər...