Bakıda əməliyyat: saxlanılan var
Bakının Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb.
Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.
Araşdırma davam etdirilir.
Dollar alıb-satanlara vacib xəbər...