Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
“Yanacaqdoldurma məntəqələrində keyfiyyətsiz və kəsirli yanacaq satışı istehlakçı hüquqlarını ciddi şəkildə pozur”.
Bu sözləri açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib.
Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində (YDM) müxtəlif keyfiyyətli yanacaqların satılması, həcmin dəqiq ölçülməməsi (kəsirlə vurulması), müxtəlif qatqılardan istifadə olunması və yanacağa havanın qatışdırılması kimi hallar istehlakçıların hüquqlarını bir neçə istiqamətdə pozur:
“İlkin olaraq, bu durum bazarda asimmetrik informasiyanı dərinləşdirir ki, bu da ümumilikdə iqtisadiyyat üçün zərərli faktor hesab olunur. Digər tərəfdən, istehlakçının fərdi hüquqları birbaşa tapdanır; çünki o, aldığı məhsulun keyfiyyəti və dəqiq miqdarı barədə dürüst məlumat almaq imkanından məhrum edilir. Nəticədə sürücülər daha aşağı keyfiyyətli və az həcmli məhsul üçün daha çox vəsait ödəməli olurlar”.
Ekspert qeyd edib ki, bu hal, eyni zamanda, istehlakçıların dərhal fərqinə varmadığı daha ciddi texniki və maliyyə problemlərinə yol açır:
“Keyfiyyətsiz yanacaq nəqliyyat vasitələrində müxtəlif fəsadlar törədir: filterlərin tez çirklənərək sıradan çıxmasına və mühərrik yağının keyfiyyətinin sürətlə aşağı düşməsinə səbəb olur. Sürücülər mühərrik yağını vaxtından əvvəl dəyişmək məcburiyyətində qalır ki, bu da əlavə maliyyə itkisi deməkdir. Sürücülər arasında aparılan müşahidələr də göstərir ki, müxtəlif yanacaqdoldurma məntəqələri arasında təklif olunan yanacağın keyfiyyəti baxımından kəskin fərqlər mövcuddur”.
Zaur Rzayev vəfat etdi