Mən ürəkdən inanıram ki, Türk dünyası olaraq, gələcəyimizə doğru qarşılıqlı hörmət və qardaşlıq içində birlikdə addımlayacağıq və qarşıdakı dövrü Türk Əsri etmək üçün çalışacağıq. 29 Oktyabr - Respublika Gününüz mübarək və türk tespublikalarının birliyi davamlı olsun.

BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı ilə bağlı qonaq gələn dövlət başçılarının iştirak etdiyi rəsmi şam yeməyindəki çıxışında deyib.

Türkiyə lideri zirvə toplantısında iştirak üçün gələn dövlət rəhbərlərinə, o cümlədən xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü bildirib.

“103 il əvvəl kimsəsizlərin qoruyucusu olmaq amalı ilə elan edilən Respublikamız təkcə əziz millətimiz üçün deyil, həm də dünyanın məzlum və əzilmiş xalqları üçün bir ümid işığı kimi yarandı”, - deyə Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti həmçinin Qırğızıstan Prezidenti Sadır Japarovu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində, eləcə də təşkilatın fəaliyyətində göstərdiyi dəstəyə görə onu Türk Dünyasının Ali Ordeni ilə təltif edib.

Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - Azərbaycanda qəribə olay Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - Azərbaycanda qəribə olay