Təbrizdə universitet binası çökür, bina boşaldıldı
Təbrizdə yerləşən Əllamə Əmini Universitetinin binası çökmək təhlükəsi səbəbindən təcili boşaldılıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Azərəncümən" xəbər yayıb.
Bundan öncə universitet müəllim və tələbələrinin Təbriz mediası vasitəsilə təhsil müəssisəsinin binasının çökmək üzrə olduğu barədə xəbərdarlıqları yayılmışdı.
Bütün bunları təkzib edən universitet rəhbərliyi, nəhayət, binanın təhlükəli durumda olduğunu bildirib və təxliyəsinə qərar verib.