Bakıdan Təl-Əvivə uçan təyyarə İsrailə çatmamış geri dönməyə məcbur olub.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Hadisə bir qədər əvvəl baş verib.

Məlumata görə, İsrail Nəqliyyat Nazirliyinə reysdə diplomatik münasibətlərin olmadığı bir ölkənin pasportunu daşıyan ekipaj üzvünün olduğu barədə məlumat daxil olub. Həmin şəxsin Tunis vətəndaşı olduğu bildirilir.

Buna görə də təyyarənin geri qaytarılması qərarı verilib.

İsrail mediası hadisəni iki ay əvvəl “FlyDubai” aviaşirkətinin reysində baş vermiş təhlükəsizlik insidenti ilə də əlaqələndirib.

Qeyd edək ki, İsrailin nəqliyyat naziri Miri Regev ötən həftə təhlükəsizlik qurumlarının müvafiq yoxlamalarından sonra “FlyDubai” aviaşirkətinin İsrailə uçuşlarının bərpasına razılıq verib. Şirkətin reyslərinin bərpası İsrailin təhlükəsizlik qurumlarının yekun təsdiqindən sonra mümkün olacaq.

Bundan başqa, İsrail mediasının məlumatına görə, İsrail aviaşirkətlərinin 2027-ci ilin birinci rübündə Birləşmiş Ərəb Əmirliklərinə uçuşları bərpa etməsi ilə bağlı da danışıqlarda irəliləyiş əldə olunub.

Ermənilər helikopterlərimizi belə partlatmaq istədilər - Video Ermənilər helikopterlərimizi belə partlatmaq istədilər - Video