Kürdəmirdə avtomobil kanala düşdü: 2 nəfər öldü
Kürdəmirdə avtomobil suvarma kanalına düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kürdəmir rayonunun Şüşün kəndində hərəkətdə olan avtomobil suvarma kanalına düşüb.
FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Mitsubishi” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.