Rusiya Daxili İşlər Nazirliyi erməni videobloger Karen Şainyan barəsində axtarış elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin axtarılanlar bazasından məlumat yerləşdirilib.

“Axtarışın əsası Cinayət Məcəlləsinin maddələrindən biridir”, - Şainyanla bağlı qeyddə bildirilib.

Erməni blogerin hansı maddə ilə ittiham olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Şainyan iyul ayında “Rosinformmonitorinq”in terrorçu və ekstremistlər siyahısına daxil edilib.