Nigerə mümkün müdaxilənin tarixinin dəqiqləşib. Əmr gələn kimi müdaxilə etməyə hazırıq.

BUTA.TV xəbər verir ki, bunu Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) siyasi məsələlər, sülh və təhlükəsizlik üzrə komissarı Abdel-Fatay Musah deyib.

Mümkün müdaxilənin tarixini açıqlamayan ECOWAS rəsmisi əməliyyatın qısamüddətli olacağını və konstitusiya quruluşunu bərpa etmək məqsədi daşıyacağını bildirib:

“Biz Nigerə müharibə elan etmirik. Dialoq yolu hələ də açıqdır. Biz Nigeri hərbi gücdən azad etmək istəyirik ki, hərbçilər diqqətini ölkənin əsas problemi olan terrorizmlə mübarizəyə yönəldə bilsinlər”.