Dağlıq ərazilərdə yollar buz bağlayacaq - Diqqət
Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.
Bu barədə BUTA.TV-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.