Tbilisinin kənarında yerləşən yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 3 nəfər həlak olub.

“BUTA.TV” xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib.

O qeyd edib ki, daha üç nəfərin axtarışı davam edir.

“İki qadın və bir uşağın cəsədi tapılıb. Daha üç nəfərin axtarışı isə davam edir”, - deyə Mqebrişvili bildirib.Hadisə yerinə müvafiq bölmələr və xüsusi texnika cəlb olunmaqla, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Tbilisidə partlayış baş vermiş yaşayış binasının dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb

***

Gürcüstanın paytaxtı Tbilisidə beşmərtəbəli yaşayış binasında baş verən partlayışdan sonra aparılan axtarış-xilasetmə işləri yekunlaşıb.

Məlumata görə, dağıntılar altında qalan yeddi nəfərdən altısının meyiti aşkarlanaraq çıxarılıb, bir uşaq isə sağ xilas edilib.

Hadisə nəticəsində daha beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılara zəruri tibbi yardım göstərilib, partlayışın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Tarixi görüşdə nələrdən danışdılar? - Video - Yenilənib Tarixi görüşdə nələrdən danışdılar? - Video - Yenilənib