Erməni ordusunda atışma: əsgər öldü
Fevralın 24-də saat 17:55 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Avaq Danieloviç Zakaryan güllə yarasından ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.